Şabranda direktorla valideynlər arasında qalmaqal — Məktəb bağlanır? (AÇIQLAMA/VİDEO)

GÜNDƏM 11 fevral 2025, 13:18

Şabran şəhəri 4 nömrəli tam orta məktəbdə direktorla valideynlər arasında qalmaqal yaşanıb.

Demokrat.az "Unikal"a istinadən xəbər verir ki, valideynlər məktəbin bağlanacağını və şagirdlərin başqa təhsil müəssisələrinə köçürələcəyini iddia edirlər. Bu səbəbdən məktəb direktoruna etiraz ediblər.

Quba-Xaçmaz Regional Təhsil İdarəsindən "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Şabran şəhəri, Məmmədağa Nəzirov adına 4 nömrəli tam orta məktəbin bağlanacağı ilə bağlı iddialar həqiqəti əks etdirmir:

"Adıçəkilən təhsil müəssisəsinin növbəti tədris ilindən tam orta təhsil səviyyəsinə keçirilməsi planlaşdırılır. 9-cu sinifə qədər birinci korpusda, 10-11-ci siniflər isə ikinci korpusda təhsil alacaqlar".
 


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top