Meymun Şri Lankanı qaranlığa qərq etdi

DÜNYA 09 fevral 2025, 21:29
Şri-Lankada meymuna görə elektrik enerjisinin verilişi dayanıb.

Oxu.Az xəbər verir ki, bu barədə BBC məlumat verib.

Qeyd olunur ki, bütün adada elektrik enerjisi kəsilib. Energetika naziri Kumar Cayakodi artıq təqsirkarın adını açıqlayıb. Onun sözlərinə görə, fövqəladə vəziyyətin səbəbkarı meymun olub.

Bildirilir ki, o, elektrik transformatoruna daxil olub, nəticədə sistemdə disbalans yaranıb.

Energetiklər bir neçə saat ərzində elektrik enerjisini bərpa etməyi planlaşdırırlar. Hazırda ölkədəki tibb və sənaye müəssisələrində generatorlardan istifadə edilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top