Bu gün Azərbaycanda ailə həkiminə olan tələbat ödənilmir. Milli Məclisin Səhiyyə komitəsinin keçirilən iclasında "İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusunda ictimai dinləmədə Səhiyyə Nazirliyinin Tibb müəssisələrinin Akkreditasiyası və keyfiyyətə nəzarət Mərkəzi PHŞ-ın İdarə Heyətinin sədri vəzifələrini müvəqqəti icra edən Şərafət İsmayılova deyib ki, 30 nəfər imtahandan keçib, amma yalnız 5 nəfər proqramı yekunlaşdırıb. Bu say ilkin səhiyyə xidmətində ailə həkiminə olan tələbatı ödəmir.
Bununla bağlı millət vəkili Müşfiq Məmmədli Demokrat.az-a açıqlama verib.
O qeyd edib ki, ilkin səhiyyə sistemi modelindən ailə həkimi ən mühüm amildir:
“Ailə həkimliyi mühüm funksiyaları həyata keçirən bir ixtisasdır. Hazırda bu sahə yetirilmiş mütəxəssislərin sayı bu təlabatı qarşılamaq üçün nəinki yetərli, heç müqayisə olunacaq dərəcə də deyil. Buna görə də biz əlimizdə olan pediatr, ginekoloq, terapevtlərdən ilkin səhiyyə pilləsində istifadə etməliyik. İlkin səhiyyə modelinin qurulması böyük ümidlər doğurur. Hazırda ilkin səhiyyə modeli ailə sağlamlıq mərkəzləri və kəndlərdə yerləşən tibbi məntəqələr daha çox filtir məntəqələr sayıla bilər. Yeni yanaşmada fərqli bir istiqamətin olacağını ümid edirik. Ailə həkimi olduğu təqdirdə insanların çəkdiyi əziyyət yükü azalır. Həkimlə əlaqə daha əlçatan olur. Ailə həkimi elə ailənin bir üzvü kimi insanların sağlamlığını qoruyur. Çevik addımlarla baş verə biləcək xəstəliyin qarşısını alır”.
Leyla Turan
Demokrat.az