ABŞ-nin BMT-nin İnsan Haqları Şurasından çıxmasına səbəb nədir? — AÇIQLAMA

DÜNYA 04 fevral 2025, 15:08
ABŞ Prezidenti Donald Tramp 24 saat ərzində ölkəsinin BMT-nin İnsan Haqları Şurasından (UNHRC) çıxarılması və BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) maliyyələşdirilməsini dayandırması barədə sərəncam imzalayacaq.

Trampın əmrinə əsasən, ABŞ Dövlət katibi Marko Rubio Ağ Ev qarşısında hansı beynəlxalq təşkilatların, birliklərin radikal və ya anti-Amerika siyasətini təbliğ etdiyi barədə hesabat verməli olacaq.

Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov bildirib ki, burada ABŞ belə bir təşkilatda qalmağa layiqdirmi sualı maraq doğurur:

“ABŞ özü insan haqlarının qorunmasına nə qədər əməl edir?  Özünü  demokratik dövlət kimi təqdim edən ABŞ-da insan haqları və insan azadlıqları ilə bağlı vəziyyət necədir? İkincisi, BMT-nin İnsan Haqları Şurası özü nə işlə məşğuldur? BMT-nin İnsan Haqları Şurası ümumiyyətlə hansı ciddi addımları atıb, ən azı Cənubi Qafqazla bağlı nə iş görüb, nə vaxt Azərbaycanın  mövqeyini müdafiə edib? Azərbaycanın məcburi köçkünlər, qaçqınlarla bağlı məsələni gündəmə gətirib? Nə  vaxt öz missiyası ilə bağlı adekvat mövqeyi ortaq qoyub? Trampın buradakı niyyəti qurumu baykot etmək, yoxsa ABŞ-nın özünü bu təşkilata layiq bilməməsidir? Çox güman ki, birinci məsələdir. Yəni,  BMT-nin İnsan Haqları Şurası adekvat deyil. Bundan qabaq Tramp ölkəsini Ümumi Dünya Səhiyyə təşkilatından çıxarmaqla bağlı qərar qəbul etdi. Artıq bu onun hansı təşkilatdan çıxmaqla bağlı ikinci oxşar qərarı olur. Ehtimal var ki, bu qərarlar davam edəcək. Təxminən ÜST-dən çıxmasının da, motivi eynidir. Təşkilatı bloklamaq”.

K.Novruzov  bildirib ki, digər bir tərəfdən də, Tramp iqtisadi xərcləri optimallaşdırmaq niyyətindədir:

“Bununla bağlı müəyyən adımlar atır. Son zamanlar ABŞ-la Avropa İttifaqı arasında gərginlik artır. Bu əslində gözlənilən idi. Bu perspektivdə gərginliyin daha da artması mümkündür. Belə olan halda əlbəttə ki, bu gərginlik Avropa dövlətlərinin və ABŞ-nın ikisinin birlikdə təmsil olduğu qurumlar daxilində münasibətlərə də zərbə vurur. Vaşinqtonun beynəlxalq təşkilatlardan çıxması həm də bununla izah oluna bilər”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 fevral 2025, 17:07
Top