Suriyanın yeni hakimiyyət orqanları Əsədin əmisi oğlunu saxlayıb.
Demokrat.az xəbər verir ki, Suriyanın yeni hakimiyyət orqanları keçmiş prezident Bəşər Əsədin əmisi oğlu Atef Nəcibi saxlayıb. Bu barədə Suriya telekanalı məlumat yayıb.
“Nəcib Suriya xalqına qarşı cinayətlərdə iştirak edənlərdən biri hesab olunur. Onun həbs olunması hakimiyyətin Suriya xalqına qarşı qanun pozuntularında iştirak edənləri məsuliyyətə cəlb etmək və regionda təhlükəsizlik və sabitliyi gücləndirmək səylərinin bir hissəsidir”- deyə Lazkiyə Əyaləti Asayiş Müdirliyi polkovnik-leytenant Mustafa Knefati məlumat verib.
Nəcib Latakiyada həbs edilib. Xəbərdə qeyd olunur ki, Əsədin dövründə o, Suriyanın cənubundakı Dəra əyalətində siyasi təhlükəsizlik departamentinin rəhbəri postunu tutub.
Əfsanə Kamal
Demokrat.az