İtaliya-Azərbaycan Universitetinin binası 2025-ci ilin sentyabrına qədər açılacaq. Bunu İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində yeni ixtisasların açılış mərasimində ADA Universitetinin rektoru Hafiz Paşayev deyib.
"Yeni tədris ilindən 160 tələbə İtaliya-Azərbaycan Universitetində təhsil alacaq. Bugünkü tədbir, həmçinin abituriyentləri bu təhsil müəssisəsinin potensialı ilə tanış etmək məqsədi daşıyır".
İtaliya-Azərbaycan Universiteti təhsil sistemi üçün hansı əhəmiyyətə malikdir?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən təhsil eksperti Elmin Nuri bildirib ki, İtaliya- Azərbaycan universitetindən keyfiyyət və tədrisi yenilik baxımından gözləntilər həddindən artıq böyükdür:
“Çünki bizdə İtaliya Azərbaycan Universitetinə qədər Azərbaycan-Fransa Universiteti nümunəsi, Türkiyə-Azərbaycan Universiteti nümunəsi və hələ fəaliyyətə başlamasa da Rusiya-Azərbaycan Universiteti nümunəsi var. İtaliya-Azərbaycan universitetinin Azərbaycandakı partnyorlarından biri ADA Universitetidir. Həqiqətən də Azərbaycan təhsilində çox nüfuzlu, fərqli bir yanaşması olan ali təhsil müəssisəsi olması bu universitetin hətta adını çəkdiyim digərləri ilə müqayisədə daha geniş inkişafına səbəb olacaq. Bundan təm əmin ola bilərik”.
Ekspert onu da qeyd edib ki, orada tədris olunan ixtisaslar İtaliya universitetlərində çox yüksək şəkildə tədris olunan, ümumiyyətlə, dünya təhsilində İtaliya təhsilinin brendinə çevrilən ixtisaslardır:
“Bu, qida texnologiyası, qida sənayesi, dizayn, memarlıq, incəsənət və moda istiqamətində olan ixtisaslardır. Yəni, İtaliyada hansısa ixtisaslar ən yüksək səviyyədə tədris olunursa, onlar İtaliya təhsilinin brendinə çevrilibsə, Azərbaycanda da məhz bu ixtisaslar olacaq. Bunun özü də çox uğurlu bir seçimdir.Biz buna görə çox sevinirik. 2025-ci ilin, yəni bu ilin sentyabrına qədər, növbəti tədris ilinin başlanğıcına qədər açılmaqda olan universitetdə biz çox maraqlı bir yeniliklər görəcəyik. Bu universitetin tədqiqat mexanizmi ilə yanaşı, praktiki istiqamətdə inkişafı, praktiki istiqamətdə fəaliyyəti bizim üçün çox vacibdir.Buradakı ixtisaslar praktiki istiqamətdə tədris olunsa, daha çox fayda verə bilərlər. Bizim qarşımızda İtalya-Azərbaycan Universitetinin timsalında tədqiqat ilə praktiki istehsalatı sintez olan bir müəssisə dayanır. Həmin müəsssisə Azərbaycan təhsilində həqiqətən də böyük bir yenilik olacaq”.
Leyla Turan
Demokrat.az