Saxta diş həkimlərinin ifşası — "Çəkilişi görüb, "işləmir" dedilər" (VİDEO)

GÜNDƏM 30 yanvar 2025, 17:35
Son günlər plastik cərrahiyyə və kosmetologiya sahəsində yaşanan problemlərdən sonra yeni bir məsələ gündəmə gəlib.

Belə ki, bəzi diş texnikləri heç bir lisenziya və diplom olmadan diş həkimi kimi fəaliyyət göstərirlər.

Həm paytaxtda, həm də bölgələrdə addımbaşı stomatoloji xidmət göstərən məkanlara rast gəlmək olar. Burada çalışan ağxalatlıların isə hansı tibb müəssisəsində təhsil aldıqları, hansı ixtisasa yiyələndikləri, dişlə bağlı bütün prosedurları etmək ixtiyarında olub-olmadıqları bəlli deyil.

Baku TV-nin çəkiliş heyəti məsələnin nə dərəcədə real olduğunu yoxlamaq üçün özəl diş kabinetlərindən birinə yollanıb. Mərkəzin fəaliyyətini dayandırdığı bildirilsə də, ətrafda yaşayan sakinlər buranın yaxın günlərə qədər işlədiyini söyləyiblər.

Diş həkimi olmaq dişlə bağlı bütün prosedurların bir nəfər tərəfindən icra ediləcəyi anlamına gəlmir. Bunun üçün stomatoloji ixtisas üzrə terapevtik stomatoloji, ortopedik stomatoloji, ortodontik stomatoloji, cərrahi stomatoloji və diş texniki üzrə lisenziya tələb olunduğundan uyğun işlər üzrə tibbi praktiki fəaliyyət dövlət sertifikasiya şəhadətnaməsi və lisenziya əsasında həyata keçirilə bilər.

Ümumiyyətlə, cərrahi stomatoloji iş üzrə lisenziya icazəsi olmayan şəxslər dişlərin çəkilməsi, ağız boşluğuna uyğun implantların yerləşdirilməsi kimi əməliyyatları icra edə bilməzlər.

Ətraflı süjetdə:

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
30 yanvar 2025, 21:16
Top