Davos səfəri Azərbaycana yeni investisiya axınlarına şərait yaradır — Politoloq

GÜNDƏM 24 yanvar 2025, 20:14
“Azərbaycan Prezidenti Cənab İlham Əliyev Davos forumunda çox vacib görüşlər həyata keçirir. Nəzərə almaq lazımdır ki, artıq ənənəvi hal alan Davos dünyanın ən önəmli iqtisadi-siyasi toplantılarından biridir”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında  politoloq Tural İsmayılov Prezident İlham Əliyevin Davos səfərinin əhəmiyyəti haqqında fikirlərini bölüşərkən bildirib:

“Hər il Prezident İlham Əliyev Davos formunda xüsusi qonaq qismində iştirak edir. Özəlliklə Azərbaycanın öz torpaqlarını işğaldan azad etməyi faktorundan sonra ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeləri kifayət qədər güclənib. Davos formunda qarşı tərəflərin müraciəti əsasında Prezident İlham Əliyev həm dövlət rəhbərləri ilə səmərəli müzakirələr aparır, həm də eyni zamanda dünyanın önəmli investisiya şirkətlərinin rəhbərləri ilə görüşlərdə ölkəmizin investisiya mühiti və iqtisadi inkişaf modelləri haqqında məlumat verir. Eyni zamanda bilirik ki, Azərbaycan işğaldan azad edilmiş torpaqların iqtisadi imkanlarına görə də kifayət qədər cəlbedici və diqqət mərkəzində olan ölkədir. Özəlliklə Prezidentin Davos formunda görüşlər keçirdiyi önəmli şirkət rəhbərləri Azərbaycanın bu potensialı ilə yaxından maraqlanırlar. Həmçinin bu gün Azərbaycan önəmli geopolitik mövqelərə malikdir”. 

Politoloq bildirib ki, Azərbaycanın beynəlxalq münasibətlər sistemində siyasi çəkisinin hər gün  daha da inkişaf etməsi beynəlxalq aləmin xüsusi diqqətində və marağında olan bir məsələdir:

“Bu baxımdan da dövlət rəhbərləri müxtəlif görüşlərdə Azərbaycanın mövqeləri və inkişafı ilə bağlı öz fikirlərini Prezidentə bildirirlər. Davos formunda dünyanın müxtəlif ölkələrindən dövlət rəhbərləri iştirak edirlər. Düşünürəm ki, bütün bu görüşlər Azərbaycanın güclənən mövqeləri həm də yeni investisiya axınlarına şərait yaradır”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top