İranlı bir din xadiminin musiqi quraqlığa səbəb olur deyə təəccübləndirən açıqlaması fevral ayında bir çox konsertlərin ləğv edilməsinə səbəb olub.
Demokrat.az xəbər verir ki, Abadandakı bu gözlənilməz addım ölkədə uzun illərdir davam edən musiqi senzurasını şübhə altına alıb.
1979-cu ildə İslam İnqilabının lideri Ayətullah Xomeyni bir vaxtların məşhur musiqini uşaqların şüurunu pozduğunu əsas gətirərək tamamilə qadağan etmişdi. Bu gün xüsusilə Qərb musiqisinə qoyulan qadağalar davam edir. Bu ciddi nəzarət hətta ölkədə qeyri-qanuni yolla əldə edilmiş Qərb musiqisi üçün qara bazarın yaranmasına səbəb olub.
Məlumdur ki, İranda keçmişdə islam qaydalarına uyğun gəlməyən musiqi ilə tutulan şəxslər yer üzündə fitnə-fəsad törətmək ittihamı ilə cərimələnir, şallaqlanır, hətta həbs edilirdilər.
Yenə də bəzi musiqi tədbirlərinə verilən məhdud icazələr sıx nəzarətlə müşayiət olunur. Hər bir mahnı və albom örtüyü Mədəniyyət və İslami İrşad Nazirliyinin təsdiq filtrindən keçməlidir. Bu sərt qaydalar həm də Lady Gaga, Lana Del Rey, Taylor Swift və Beyonce kimi dünya şöhrətli sənətçilərin albomlarının qadağasına səbəb olub.
Əfsanə Kamal
Demokrat.az