Azərbaycanın Xalq artisti Ənvər Həsənov bir neçə gündür xəstəxanadadır.
Demokrat.az xəbər verir ki, bu barədə aktyorun yaxın dostu Vasif Ayan sosial şəbəkədə məlumat yayıb.
Onun sözlərinə görə, Ənvər Həsənovun səhhəti qəfil pisləşib:
"Xalq artisti Ənvər Həsənov səhhətində ciddi problemlərə görə bir neçə gündür xəstəxanadadır. Qızı Aytənlə əlaqə saxladım. Ənvər müəllimin vəziyyəti dünən səhər saatlarında müalicə aldığı xəstəxanada qəfildən ağırlaşıb. Hazırda müalicəsi həkim nəzarəti altında ciddi şəkildə davam edir", - deyə Vasif Ayan bildirib.
Qeyd edək ki, Ənvər Həsənov "Yeddi oğul istərəm" filmində Cəlal, "Dərviş Parisi partladır" filmində Şahbaz, "Babək" filmində Tərxan, "Atları yəhərləyin" filmində Sirac, "Uşaqlığın son gecəsi" filmində Murad və bir çox digər yaddaqalan obrazlarla tanınır.