“Filmdə ərsəyə gətirilmiş bütün faktlar reallığı əks etdirirdi” — Əli Vəliyev

İNCƏSƏNƏT 19 yanvar 2025, 16:45
“Filmdə ərsəyə gətirilmiş bütün faktlar reallığı əks etdirirdi” - Əli Vəliyev

Demokrat.az Nuhçıxan-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında tarixi Sədərək döyüşlərinin 35 illiyinə həsr olunmuş "Sədərəkdən Şuşaya" filminin təqdimat mərasimində Manset.az saytının baş redaktoru Əli Vəliyev bildirib.

"Bu filmin nümayiş olunduğu zalda, bəlkə, ən gənc sədərəklilərdən biri idim. Mənim həmin hadisələr vaxtı, təxminən, 4-5 yaşım var idi. Mən film haqqında onu deyə bilərəm ki, filmdə ərsəyə gətirilmiş bütün faktlar reallığı əks etdirirdi. Eyni zamanda Nəzifə ananın timsalında Azərbaycan qadınının qəhrəmanlığı göstərilirdi."

"Filmdə çox gözəl bir fikir də vurğulandı ki, məhz, biz ilk qələbəmizi 1990-cı ildə Sədərək döyüşlərində qazanmışıq” bu ifadə mənim çox xoşuma gəldi. Təbrik edirəm bir daha. Çox uğurlu bir filmdir."

Qeyd edək ki, Naxçıvan televiziyasının hazırladığı, müəllifi Sahil Tahirli olan “Sədərəkdən Şuşaya” sənədli televiziya filmində hadisələr Sədərək döyüşlərində iştirak etmiş qazilərin, döyüşçülərin və həmin döyüşlərdə həkim kimi çalışmış qəhrəman qadın Nəzifə Qaybalıyevanın timsalında nümayiş etdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top