Sumqayıtda baş verən yanğın söndürüldü — YENİLƏNİB

HADİSƏ 19 yanvar 2025, 15:45
Sumqayıt şəhəri, Sülh küçəsində fərdi yaşayış evində baş vemriş yanğının qarşısı alınıb.

Bu barədə Demokrat.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın qonşu evlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

***
14:18

Sumqayıtda fərdi ev yanır.


Demokrat.az APA-ya istinadən xəbərinə görə, Sumqayıt şəhərində Sülh küçəsində ev yanır.

Yanğının söndürülməsinə yanğından mühafizə bölmələri cəlb edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 fevral 2025, 00:11
17 fevral 2025, 20:10
Top