"Dövlətim çox sağ olsun, oğurlanan pulların hamısı özümə qaytarıldı".
Demokrat.az bildirir ki, bu sözləri "Unikal"a açıqlamasında Milli Qəhrəman Hökumə Əliyevanın atası, kartından 80 min manat oğurlanan Cəlil Əliyev deyib.
O qeyd edib ki, dünən axşam saat 5-6 radələrindən Gəncə şəhərindən evə gələndə zəng gəlib:
"Fikir vermədim ki, zəng haradan gəlib. Dedilər ki, biz "Kapital Bank"ın işçiləriyik, sizə yardım etmək istəyirik. Bildirdilər ki, kartınızın şifrəsini sındırıblar, pul oğurlayacaqlar. Tez bir zamanda kartınızıda olan pulu bu kartdan digər karta köçürüb sığortalamaylıq. Mən də şokda olan, fikirli adamam. Onların dediklərinə əməl etdim. Hadisə belə oldu. Sonra da polisə məlumat verdim. Sağ olsunlar, Samux Rayon Polis İdarəsinin əməkdaşları mənə ərizə yazdırdılar. Daxili İşlər Nazirliyinə və Nazirliyin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə göndərdilər. Onlar tez bir zamanda cinayətkarları yaxaladılar, pulumu geri qaytardılar. Hazırda pulum özümdədir. Dövlətimizin Prezidenti sağ olsun, millətim, xalqım sağ olsun. Hamısı ağır günümdə yanımda oldular".
C.Əliyev qeyd edib ki, həmin şəxslərə inanıb şifrəni verib: "Mən onlara bildirdim ki, məni yorursunuz. Mənə dedilər ki, dayı elə şeylər etmərik".