"Dünya ictimai fikrini Qərbi azərbaycanlıların qayıdışı məsələsinə hazırlamaq lazımdır" — Qulu Məhərrəmli

GÜNDƏM 18 yanvar 2025, 18:20
"Qərbi azərbaycanlıların öz ata yurduna, torpaqlarına qayıtması aktual məsələdir. Çünki indiki hadisələrin gedişi fonunda bu həm ədalətin bərpa olunması, həm də dədə baba torpaqlarımıza sahiblik hissinin formalaşdırılmasıdır. Bu, ilahi ədalətdir. Məsələnin işıqlandırılmasına mətbuat xüsusi diqqət yetirməlidir".

Bu sözləri Demokrat.az-a açıqlamasında əməkdar jurnalist, filologiya elmləri doktoru  Qulu Məhərrəmli deyib:

"Hazırda Qərbi Azərbaycan İcması fəaliyyət göstərir. Bu hökumətin çox ağıllı düşünülmüş siyasətidir. İcma kifayət qədər uğurlu addımlar atır. İcmanın verdiyi siyasi bəyənatlar tamamilə qanunauyğun, beynəlxalq hüquq çərçivəsindədir. Təkcə ana dilində deyil, rus, ingilis, fransız və alman dilli mətbuatda bununla bağlı yazıların, izahat işlərinin, tarixi arayışların verilməsi çox vacibdir. Ona görə də dünya ictimai fikrini bu məsələyə tamamilə hazırlamaq lazımdır".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 yanvar 2025, 00:16
Top