7 yaşlı uşaq pis qidalanma səbəbindən görmə qabiliyyətini itirib

DÜNYA 16 yanvar 2025, 20:15
Malayziyadan olan ikinci sinif şagirdi  pis qidalanma səbəbindən görmə qabiliyyətini itirib.

Demokrat.az
xəbər verir ki, bu barədə World of Buzz yazır.

Mediada yayılan məlumatlara görə, qızcığaz kolbasa kimi işlənmiş qidaları həddindən artıq qəbul etdikdən sonra görmə qabiliyyətini tamamilə itirib. 

Anası bildirib ki, doğuşdan qızının yeməyi yalnız işlənmiş qidalardan ibarət olub.

Tibbi müayinədən sonra məlum olub ki, geri dönməz korluğun səbəbi A vitamini çatışmazlığı olub.  Bədəndə tarazlığı saxlamaq üçün yaşıl tərəvəzlər, meyvələr, ət və süd məhsulları da daxil olmaqla müxtəlif qidaları istehlak etmək lazımdır.

Əfsanə Kamal
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 yanvar 2025, 20:04
Top