HƏMAS ilə razılaşmadan sonra İsraildə siyasi böhran olacaq?

DÜNYA 16 yanvar 2025, 21:31
İsrailin HƏMAS ilə razılaşması siyasi böhrana səbəb ola bilər.

Demokrat.az
xəbər verir ki, bu fikirləri politoloq, beynəlxalq münasibətlər və milli təhlükəsizlik üzrə ekspert Saymon Tsipis deyib.

O bildirib ki, İsrail və HƏMAS arasında razılaşma koalisiya və müxalifətdən olan bir sıra israilli deputatların narazılığına səbəb olub:

“Təl-Əvivin Fələstin hərəkatının neçə nümayəndəsinin ekstradisiyaya razı olduğu hələlik məlum deyil. Amma görünür, söhbət çox böyük rəqəmdən gedir. Yəni faktiki olaraq İsrail girovları azad etməklə qruplaşmanın sıralarını təzə döyüşçülərlə doldurur”.

O əlavə edib ki, Knessetdə artıq siyasi qüvvələrdən koalisiyadan çıxmaqla bağlı səslər var. Politoloq hesab edir ki, İsrail siyasi böhranın yeni mərhələsinə qədəm qoyacaq və növbədənkənar seçkilərin keçirilməsi ehtimalı da artacaq.


Əfsanə Kamal
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top