Ançelotti istədi, rəhbərlik əleyhinə çıxdı — "Real"da gərginlik

İDMAN 16 yanvar 2025, 12:31
Finalda "Barselona"ya uduzaraq (2:5) İspaniya Superkubokunu əldən verən "Real"da gərginlik get-gedə artır.

Demokrat.az xəbər verir ki, bu mövsüm Kataloniya təmsilçisindən ümumilikdə 9 qol buraxan Madrid klubunun yoluna hazırkı baş məşqçisi Karo Ançelotti ilə davam edəcəyi bildirilirdi. Lakin İspaniya mətbuatında "Real"ın böhranın astanasında olduğuna dair xəbərlər yayılıb.

"Ondo Cero"nun məlumatına görə, Karlo Ançelotti qış transfer pəncərəsində yeni futbolçu alınmağını istəyib. Lakin klub rəhbərliyi bunun əleyhinə çıxıb.

Bir neçə gün əvvəl "Real"ın qış transfer pəncərəsində  Trent Aleksander-Arnold ("Liverpul") da daxil olmaqla danışıqlar apardığı bütün futbolçulardan imtina etdiyi barədə xəbərlər yazılmışdı. Klub prezidenti Florentino Peres "Real"ın akademiyasının futbolçularına və komandanın gənc oyunçularına şans verməyi qərara alıb. 

"Real"dakı daxili çəkişmələr səbəbindən Karlo Ançelottinin gələcəyi də şübhə altındadır.

Qeyd edək ki, "Real" hazırda La Liqanın turnir cədvəlində 43 xalla 2-cidir. Komanda lider "Atletiko"dan 1 xal geri qalır. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 yanvar 2025, 16:13
16 yanvar 2025, 16:02
Top