Türkiyədə istehsal olunan Dubay şokoladını qadağan etdilər

HADİSƏ 15 yanvar 2025, 19:23
Almaniyada məhkəmə "Dubai Chocolate" adı ilə satılan şokoladların satışını qadağan edib. 

Demokrat.az
“Sözçü”yə istinadən xəbər verir ki, bu qərara səbəb şokoladın Türkiyədə istehsal olunması olub. 

Məhkəməyə iş adamı Andreas Wilmersin şikayəti daxil olub. 

Wilmers şokoladın qablaşdırmasında “Dubay şokoladı” ifadəsinin olmasına baxmayaraq, əslində onun Türkiyədə istehsal olunmasının istehlakçıları yanıltdığını bildirib.

Məhkəmə “Dubay şokoladı” yazısına görə istehlakçıların şokoladın Dubayda istehsal oldunduğunu düşündüyü qənaətinə gəlib. 
Nəticədə məhsulun satışına qadağa qoyulub.

Vilmers İsveçrədə də oxşar vəziyyəti gündəmə gətirdiyini və nəticədə şokolad istehsalçısının qablaşdırmasını dəyişdiyini bildirib.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 yanvar 2025, 20:16
15 yanvar 2025, 19:37
Top