Zukerberq: Bayden administrasiyası META-ya təzyiq edir — VİDEO

DÜNYA 13 yanvar 2025, 10:56
Bayden administrasiyası Meta-ya (Facebook, Instagram, WhatsApp), xüsusilə COVID-19 mövzularında memlər daxil olmaqla məzmunu senzura etmək üçün təzyiq edib.

Demokrat.az Bizim.Media-ya istinadən  xəbər verir ki, bunu “Meta”nın sahibi, amerikalı iş adamı Mark Zukerberq Co Roqanın podkastında deyib.

Onun sözlərinə görə, rəsmilər ona təzyiq ediblər, o cümlədən Leonardo Di Kaprionun yer aldığı memləri və “Birdən öldü” həştəqi ilə yazıları silmək tələb olunub:

“Meta isə satirik məzmunu silməkdən imtina edib, lakin peyvəndin yan təsirləri ilə bağlı yazıları silib”.

ABŞ-ın daxili təhlükəsizlik naziri Alejandro Mayorkas isə 2022-ci ildə Konqresdə and içərkən bu cür təzyiqləri təkzib edib.

Zukerberq həmçinin bildirib ki, Amerika kəşfiyyat orqanları WhatsApp söhbətlərini hətta şifrələmə ilə oxuyur. Onun sözlərinə görə, şirkətin özünün yazışmalara çıxışı yoxdur.

Xatırladaq ki, bu həftə Meta fakt yoxlama proqramlarını bağlayıb, LGBT və miqrasiya mövzularında senzuranı yumşaldıb və daxili siyasətlərini dəyişib. Məsələn, kişilərin tualetlərindən transgender tamponları yığışdırılıb.

“The New York Times” bu dəyişiklikləri Zukerberq və Donald Tramp arasında gizli görüşlə əlaqələndirir.

Tramp daha əvvəl prezidentliyinin ilk günündə transgender ilə bağlı baş verən mənasız addımları dayandırmağa söz verib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 yanvar 2025, 14:36
Top