Xanım qeydiyyatçı klinikanın 74 minini mənimsəməkdə ittiham edilir

GÜNDƏM 13 yanvar 2025, 15:51
“Bəyaz Diş Gənclik” klinikasının xanım qeydiyyatçısı cinayət məsuliyyətinə cəlb edilib.

Demokrat.az-
ın "Qafqazinfo"ya istinadən məlumatına görə, 24 yaşlı Nigar Süleymanova külli miqdarda mənimsəmədə ittiham edilir.

Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Təqsirləndirilən şəxs həbsdə deyil, onun barəsində başqa qətimkan tədbiri seçilib. 

İttihama görə, Nigar klinikaya məxsus 74 min manat pulu mənimsəyib. 

Xanım müttəhim hazırda ali təhsil alır. Hələ ki, bakalavr diplomu ala bilməyib. 

Hazırlıq iclasında zərərçəkmiş tərəfin vəkili təqsirləndirilən şəxsin həbs edilməsi üçün vəsatət qaldırıb. Vəsatət belə əsaslandırılıb ki, zərərçəkmişə dəymiş ziyan ödənilmir.

Prosesdə müəssisənin təsisçisi və direktoru Ramiz Cəlilov da iştirak edib. O, da keçmiş işçisinin həbsini istəyib. 

Prokuror isə vəkilin vəsatətinin əsassız olduğunu bəyan edib. İşin məhkəmə baxışına verilməsini istəyib. 

Məhkəmə zərərçəkmiş tərəfin vəsatətini rədd edib, N.Süleymanovanın sərbəst mühakimə edilməsinə qərar verilib.

İlk baxış iclası yanvarın 27-nə təyin edilib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top