Bakıda tramvay xəttinin çəkilməsi üçün zonalar müəyyənləşdirilir. "Nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar" barədə mətbuat konfransında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov deyib ki, tramvay cari avtobuslardan fərqli olaraq kütləvi daşımalar üçün nəzərdə tutulur.
Mövzu ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov Demokrat.az-a açıqlama verib.
O bildirib ki, tramvay və trolleybus xətləri əvvəlki ərazilərdən necə hərəkət edirdilərsə, həmin ərazilər üzrə yenidən bərpası mümkündür:
“Tramvayın o cümlədən, trolleybusun hərəkət qrafikləri Bakının mərkəzi ərazisini, xüsusən gündəlik tələbat olan ərazilərini özündə ehtiva etməlidir. Sonra konstruktiv olaraq metrostansiyalarını biri-biri ilə bağlamalıdır. Yəni, hansı ki bir metrodan digərinə getmək üçün o ərazidə yaşayan əhalinin gediş-gəlişini təmin etmək üçün həmin tramvay xətlərini bərpa etmək nəzərdə tutula bilər. Digər bir məsələ isə tramvayların şəhərin infrastrukturunda daha çox çəkisinin olmasıdır. Çünki bu metrolara bənziyir. Bəzi ərazilərdə hətta tramvayları yerüstü metro da adlandırırlar”.
Leyla
Demokrat.az