Deputatın 20 milyonluq əmlakı əlindən çıxdı: Borc əvəzinə... — FOTO

GÜNDƏM 10 yanvar 2025, 16:27

VII çağırış Milli Məclisin deputatı seçilən Əlibala Məhərrəmzadə Qubadakı məşhur “Şahdağ Turuskavets” Sanatoriyasını borc əvəzinə təhvil verib.

Demokrat.az xəbər verir ki, bu barədə “gununsesi.info”-ya iş adamına yaxın mənbələr bildirib.

Xatırladaq ki, hələ parlament seçkilərindən öncə sayt Əlibala Məhərrəmzadəni külli miqdarda borc içində olduğunu yazmışdı.

 

Yeni məlumata görə, borc problemini həll edə bilməyən deputat sonda məşhur obyektini təhvil verməli olub. Həmin obyektin 20 milyon manat dəyərində olduğu bildirilir.

Məsələ ilə bağlı Əlibala Məhərrəmzadənin özünün mövqeyini öyrənmək mümkün olmayıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top