Hər il olduğu kimi, bu il də mövsümlə əlaqədar uşaqlar arasında mövsümi virus infeksiyaların qeydə alınması müşahidə olunur. Bu da tənəffüs yolu infeksiyalarına səbəb olan virus və bakteriyalardır.
Bəs, uşaqları bu viruslardan necə qoruya bilərik?
Bununla bağlı pediatr, həkim-allerqoloq Xəyalə Quliyeva Demokrat.az-a açıqlama verib.
O bildirib ki, hər il olduğu kimi bu il də infeksiyaların sayı artıb:
“Uşaqlarda həm qrip infeksiyası, həm digər viruslar müşahidə olunur. Hər il mövsümlə əlaqədar artan xəstəliklərdə 39-40 dərəcə qızdırma olur. Yəni, ona görə də valideynlər maksimum diqqətli olmalıdırlar. Əgər uşaqda 38-ə qədər olan hərarət varsa evdə gözləyə bilirlər. 38-i keçən hərarət varsa, mütləq həkimə müraciət etmək lazımdır. Əgər influenza aşkar olunursa ilk 48 saatda müdaxilə edilməlidir. Bu zaman effekt yaxşı olur. Ümumiyyətlə, qorunma tədbirləri bütün xəstəliklərdə olduğu kimi eynidir. Sağlam uşaqla virusa yoluxmuş uşaq və ya böyük yaxşı olar ki, çox kontakta girməsin. Eyni zamanda maskadan istifadə eləmək lazımdır. Yəni, gərək xəstə adam maska taxsın. Çünki öskürmə və asqırma zamanı bu viruslar 2 metrdən 7 metr məsafəyə qədər yayılmış olur. Valideynlər uşaqlarını ən azı 3-7 gün ərzində kontrolda saxlamalıdırlar. Əllər mütləq tez-tez yuyulmalıdır. Bu, həmçinin böyüklərə də aiddir. Eyni zamanda profilaktik olaraq mütləq şəkildə “D” vitamininin qəbulu vacibdir. Çünki “D” vitamini əgər qanda normal tutularsa, yəni 50-80 civarına tutularsa, bu halda infeksiya yoluxma riski də azalmış olur. Bundan əlavə də tərkibində dəniz suyu olan damcı və spreylərin istifadəsi mütləqdir”.
Leyla
Demokrat.az