"Makronun Yeni Kaledoniya və Azərbaycanın müdaxiləsi ilə bağlı irəli sürdüyü fikirlər əsassızdır"

GÜNDƏM 08 yanvar 2025, 15:27
“Emmanuel Makronun son çıxışı Fransanın 44 günlük Vətən müharibəsindən sonra Azərbaycana qarşı aqressiv xarici siyasətinin növbəti mərhələsi kimi qiymətləndirilir. Bu çıxış əvvəlki kimi təhrif olunmuş materiallar və faktların manipulyasiyası ilə müşayiət olunmuş, təxribat xarakterli bəyanatlarla yadda qalmışdı”.

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Yeganə Hacıyeva bildirib.

Politoloq vurğulayıb ki, Makronun vurğuladığı üç əsas epizod üzrə isə real vəziyyət tam fərqlidir:

“Emmanuel Makron təkcə Fransanın daxili auditoriyasını deyil, dünya ictimaiyyətini də aldatmağa çalışır. O, iddia edir ki, hazırkı dövrdə Rusiya ilə Ermənistan arasındakı münasibətlərin dəyişməsi səbəbindən Rusiya guya Azərbaycana Qarabağdakı separatçı rejimin süqutunda dəstək verib. Makronun arqumentinə görə, bu, Ermənistanın baş naziri Nikol Paşinyanın qətiyyətli mövqeyinə görə Rusiya tərəfindən cəza tədbiri kimi həyata keçirilib. Lakin bu yanaşma gerçəkliyi əks etdirmir. Avropa Komissiyasının apardığı araşdırmalara əsasən, Ermənistan uzun müddətdir Rusiya sanksiyalarından yayınmaq üçün platforma kimi istifadə edilir. Ermənistan Rusiyaya Avropa İttifaqının tətbiq etdiyi sanksiyalardan yayınmaq üçün platforma rolunu oynayır”. 

Y.Hacıyeva onu da qeyd edib ki, Fransa bu faktları ört-basdır edərək, Avropa qurumları yanında Ermənistanı müdafiə edir və rəsmi İrəvanın “Rusiya-Ermənistan münasibətlərinin pozulması”  tezisini müdafiə edir:

“İkinci məsələ müasir Fransa-Ermənistan münasibətlərinin erməni lobbisinin təsiri altında formalaşmasıdır. Fransadakı erməni lobbi qrupları, xüsusən Murad Papazyan kimi tanınmış lobbi liderlər, Ermənistan siyasətinə müdaxilə etməyə çalışır.  Papazyanın Ermənistana girişinə qadağa qoyulması və bu qərarın bilavasitə Paşinyan tərəfindən dəstəklənməsi isə Makronun arqumentlərini ziddiyyətə salır. Üçüncü məqam isə Makronun Qarabağda baş verən hadisələri təhrif etməsidir. O, Qarabağın Azərbaycanın deyil, güya Rusiyanın dəstəyi ilə azad edildiyini iddia edir. Halbuki, Azərbaycan ordusu öz torpaqlarını qanı və canı bahasına işğaldan azad edib. Bu cür iddialar erməni lobbisinin dünya miqyasında apardığı təbliğatın bir hissəsidir. Makronun çıxışı manipulyasiyalara, yalan məlumatlara və faktların saxtalaşdırılmasına əsaslanan dezinformasiyanın növbəti nümunəsi olaraq yadda qalır.

Emmanuel Makronun Yeni Kaledoniya və Azərbaycanın müdaxiləsi ilə bağlı irəli sürdüyü fikirlər də tamamilə əsassızdır. İstər Yeni Kaledoniya ilə mübasibətlər , istərsə də Azərbaycanın dənizaşırı ölkələrə yönəlik fəaliyyəti tam izah edilə bilən arqumentləri var. Söhbət ondan gedir ki, dənizaşırı ərazilər iqlim dəyişikliyindən ən çox zərər çəkən bölgələrdir və bu səbəbdən Azərbaycanın istər Qoşulmama Hərəkatı sədrliyi çərçivəsində , istərsə də COP29 çərçivəsində diqqət mərkəzində idi.  Azərbaycanın bu mövzularda əsas təşəbbüsü həmin ərazilərə maliyyə dəstəyinin artırılması və iqlim dəyişikliyinin fəsadlarına qarşı tədbirlərin gücləndirilməsi ilə bağlıdır.  Lakin bu fəaliyyətlərin Fransaya qarşı bir hərəkət kimi təqdim edilməsi beynəkxakq hüquqq hörmət etməyən Fransız prezidentinin əsassız təbliğatdır.  Bu təxminən Fransanın bu ərazilər üzərindəki  davam edən müstəmləkə siyasətinə görə, Azərbaycanın COP29 sədrliyi çərçivəsindəki haqlı səlahiyyətlərinə laqeyd qalmalı olması kimi səslənən  iddia isə tam absurddur. Eyni zamanda, Emmanuel Makronun yanvarın 6-da səsləndirdiyi bu açıqlamalar Fransa ilə bağlı diğər hadisələrlə sinxronluq təşkil edir”.

Politoloq son olaraq onu da bildirib ki, Makronun Azərbaycana qarşı aqressiv ritorikasının fonunda  hazırda ölkədə gedən  Fransa casus şəbəkəsinin məhkəmə prosesi diqqəti cəlb edir:

“Keçən il həbs olunmuş bu şəbəkənin üzvləri ilə bağlı araşdırmalar davam edir və bu proseslərdə təkcə kəşfiyyat deyil, həm də cinayət xarakterli fəaliyyətlər ifşa olunur. Xüsusilə Fransanın Afrikadakı müstəmləkə siyasətinə dair cinayətkar şəbəkənin fəaliyyəti və burda  Azərbaycandakı səfirliyinin əməkdaşlarının adlarının hallanması  bu məhkəmədə açıq şəkildə müzakirə edilir. Məhkəmədə yerli və xarici media nümayəndələri iştirak edir və bu, Fransanın Azərbaycanın ərazisində qurduğu geniş casus şəbəkəsinin ifşasını bütün dünyaya nümayiş etdirir. Emmanuel Makronun bu açıqlamaları isə məhz bu qalmaqallı məhkəmə prosesindən diqqəti yayındırmağa hesablanıb. Burda ayrıca onu da qeyd etmək lazımdır ki, ayrı zamanlarda bu mövzuları öz-özündən müsahibə götürürnüş kimi danışan Makron  indi bunun üçün auditoriya tapıb və burda da Azərbaycan Prezidentini kopyalayır.  Məsələn, səfirlərin etimadnaməsi təqdimatında belə fikirləri səsləndirir”.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top