İranla sərhəddə əməliyyat: saxlanılan var

HADİSƏ 06 yanvar 2025, 16:39
Dövlət Sərhəd Xidməti narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qaşısı alıb.

Bu barədə Demokrat.az-a qurumdan məlumat verilib.

Bildirilib ki, keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində ümumi çəkisi 700 qram tiryək və 13 616 ədəd narkotik tərkibli həbin (13 016 ədəd Pregabalin – 150, 600 ədəd metadon M-40) qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Bundan əlavə Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat tədbirləri nəticəsində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhd göstərən Azərbaycan vətəndaşı Yevlax rayon sakini – 1984-cü il təvəllüdlü Nəbi Zakir oğlu Məhərrəmov saxlanılıb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top