Görkəmli teatr və kino aktyoru, mərhum Xalq artisti Fuad Poladovun adı əbədiləşdirilib.
Demokrat.az “modern.az”a istinadən xəbər verir ki, Fuad Poladovun adı Bakının Yasamal rayonundakı küçələrdən birinə verilib.
Hazırda Fuad Poladov küçəsi Yeni Yasamal qəsəbəsindəki 7-ci Alatava adlandırılan ərazidən keçir.
Lakin sakinlər küçənin hazırkı vəziyyətinin heç də ürəkaçan olmadığını və abadlıq işlərinin aaprılmasının vacibliyini bildiriblər.
Qeyd edək ki, Fuad Ağarəhim oğlu Poladov 1948-ci il may 24-də Bakıda anadan olub. 1987-ci ildə "Xalq artisti” fəxri adına layiq görülüb. 4 may 2018-ci ildə onkoloji xəstəlikdən vəfat edib. Məzarı "Qurd qapısı" qəbiristanlığındadır.