Ailə münaqişələri ilə bağlı yeni təklif — Problemləri din xadimləri həll edəcək?

SOSİAL 04 yanvar 2025, 10:33
Azərbaycanda ailə münaqişələri hər zaman gündəmdə olub. Təəssüf ki, bu cür mübahisələr tez-tez faciəvi sonluqla bitir. Azərbaycanda bu ilin on ayı ərzində 42 min 73 nikah və 17 min 907 boşanma halları qeydə alınıb. Əsasən də gənc evliliklərin ilk çağlarında artıq münaqişələr başlayır.

Ötən il ən çox boşanma sayı 5 ilə qədər evli qalanlar arasında baş verib. Yola getməyən ailələr boşanma ilə bitirməyə çalışır, amma bəzən bu da cütlüklər arasındakı problemləri həll etmir. Problemlərin necə həll edilməsi tez-tez müzakirə edilir.

Ötən gün də Azərbaycan Din Xadimlərinin Forumunda müzakirə edilib ki, ailə mübahisələrinin həllində din xadimlərinin rolundan istifadə etmək olar.

Həqiqətənmi din xadimi ailənin problemini həll etməyə kömək edə bilər?

Sosioloq Ağasəlim Həsənov Bizim.Media-ya bu barədə fikirlərini bildirib.
 
“Ailə münasibətlərində din xadimlərinin necə rol oynayacağı sual altındadır. Münaqişələrdən öncə gənc ailələrlə sosial iş aparılmalıdır ki, gərginlik aradan qaldıırla bilsin. Mən din xadimlərinin rolunun effektiv olacağını düşünmürəm.

Müasir elmdə sosial iş deyə yeni bir istiqamət var. Ailə daxili münaqişələrdə də yaxşı olardı ki, o sahə üzrə təhsil almış sosial işçilər fəaliyyət göstərsinlər. Azərbaycanda ailərlə effektiv sosial işin aparılmasına çox ehtiyac var. Sosial işin mahiyyəti ailə daxili münasibətlərin normallaşması, gərginliyin arada qaldırılması, gənc cütlüklərə təsir edəcək ideyaların, dəyərlərin aşılanmasına yardım etməkdir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 yanvar 2025, 12:58
Top