Saxta pula görə saxlanıldı, polisə müqavimət göstərdi

HADİSƏ 02 yanvar 2025, 15:20
Şirvanda saxta pul dövriyyəsi ilə məşğul olan şəxs saxlanılarkən müqavimət göstərib.
 
Demokrat.az DİN-ə istinadən xəbər verir ki, Şirvan ŞPŞ saxta pulların dövriyyəsi ilə məşğul olan Mərahim Fərəcovun saxlanılması istiqamətində əməliyyat tədbiri keçirilib. Bu zaman adıçəkilən şəxs özünə xəsarət yetirərək məsuliyyətdən yayınmağa çalışıb. Onun bu cəhdinin qarşısı polis əməkdaşları tərəfindən alınıb və sonuncu saxlanılaraq istintaqa təhvil verilib.
 
Həmin şəxsdən psixotrop maddə olan metamfetamin, eləcə də saxta pul əskinasları götürülüb.
 
Faktla əlaqədar Şirvan ŞPŞ-də cinayət işi açılıb, M.Fərəcov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top