Azərbaycan Dövlət Pantomim Teatrı Qırğızıstanda qastrolda oldu — FOTO

MƏDƏNİYYƏT 02 yanvar 2025, 09:27
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə Azərbaycan Dövlət Pantomim Teatrı 22-25 dekabr tarixlərində Qırğızıstanın paytaxtı Bişkek şəhərində qastrol səfərində olub.

Mədəniyyət Nazirliyindən Demokrat.az-a verilən məlumata görə, Pantomim Teatrı Termeçikov adına Milli Dram və Satira Teatrının səhnəsində rejissor Ceyhun Dadaşovun quruluşunda qırğız ədibi Çingiz Aytmatovun “Əsrə bərbabər gün” romanı əsasında “Manqurt” və Bəhruz Vaqifoğlunun quruluşunda Hüseyn Cavidin “İblis” əsəri əsasında hazırlanmış tamaşalar ilə çıxış edib.

Qastrol səfəri çərçivəsində Azərbaycan nümayəndə heyəti Moldobasanov adına Qırğızıstan Milli Konservatoriyası, Milli Tarix Muzeyi, Aytiev adına Milli Təsviri İncəsənət Muzeyi və İzibaev adına Qırğızıstan Dövlət Sirki ilə tanış olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top