Mədəniyyət Nazirliyinə məxsus klubda yanğın baş verdi

HADİSƏ 02 yanvar 2025, 08:42
Şəmkirdə yanğın hadisəsi baş verib.

Demokrat.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Tatarlı kəndində qeydə alınıb.

Belə ki, kəndin Mədəniyyət Nazirliyinə məxsus klubunda anindən yanğın olub.

Dərhal hadisə yerinə FHN Dövlət Yanğından mühafizə xidmətinin Şəmkir rayon Dövlət Yanğından mühafizə hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürlüb, yaxınlığdakı tikilər yanğından mühafizə edilib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top