Hollivudun məşhur simaları Ancelina Coli və Bred Pitt səkkiz illik məhkəmə çəkişməsindən sonra boşanma barədə razılığa gəliblər.
Demokrat.az xəbər verir ki, bu barədə Ancelina Colinin vəkili BBC-yə danışıb.
Qeyd edək ki, 2014-cü ildə evlənən və altı övladı olan cütlük əyləncə sektorunun ən yüksək profilli cütlükləri arasında göstərilirdi. Hətta mətbuat tərəfindən cütlük “Brangelina” adlandırılırdı.
Coli 2016-cı ildə barışmaz fikir ayrılıqlarını əsas gətirərək boşanmaq üçün ərizə vermişdi. Daha sonra ayrı-ayrı məhkəmə prosesləri zamanı məlum olub ki, o, Pitti həmin il şəxsi təyyarədə ona və iki uşağına qarşı fiziki və mənəvi zorakılıq etməkdə ittiham edib.
Pitt ittihamları rədd edib və hadisə ilə bağlı polisin araşdırmasından sonra da bu hal təsdiqini tapmayıb.
Pittin vəkilləri boşanma ilə bağlı heç bir açıqlama verməyiblər. Colinin vəkillri isə razılığı təfərrüatlarını açıqlamayıblar. (Yeni Avaz)