Aktau yaxınlığında baş vermiş aviasiya hadisəsini araşdıran komissiya 17 beynəlxalq ekspertin iştirakı ilə iclas keçirib.
Demokrat.az AZƏRTAC-a istinadən xəbər verir ki, komissiya tərəfindən iş planı müəyyən edilib. Belə ki, komissiya tam tərkibdə hadisə yerinə baş çəkəcək, hava gəmisinin elementlərinin toplanması üçün anqarı nəzərdən keçirəcək və hava gəmisinin elementlərinin toplanmasına başlanılması tarixi ilə bağlı birgə qərar qəbul edəcək.
Komissiyanın işinin məqsədi aviasiya hadisəsinin səbəblərini müəyyənləşdirmək və gələcəkdə bu cür halların qarşısının alınması üçün tövsiyələr hazırlamaqdır.
Qeyd edək ki, aviasiya hadisəsini araşdıran komissiyaya Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev rəhbərlik edir.