Daha bir ölkədə elektron siqaretlər qadağan edilir

DÜNYA 31 dekabr 2024, 21:33
Belçika birdəfəlik elektron siqaretlərin satışına qadağa qoyan ilk Aİ ölkəsi olacaq.

Bizim.Media xəbər verir ki, bu barədə “Financal Times” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, sözügedən qərar çərşənbə günü ölkə hakimiyyəti tərəfindən veriləcək. Qərar gənclər arasında elektron siqaretlərə artan tələbatın qarşısını almaqda kömək etmək məqsədi daşıyır.
 
Bundan əlavə, Böyük Britaniya, Fransa və Almaniya oxşar qərar qəbul etməyi planlaşdırır. Lakin ekspertlər bu cür tədbirlərin istehlakçıların “qanunsuz məhsullara” keçməsinə səbəb ola biləcəyindən ehtiyat edirlər.

Xatırladaq ki, ötən ay Qırğızıstanda da elektron siqaretləri qadağan edən qanun qəbul olunmuşdu.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 yanvar 2025, 21:54
Top