Kadırov AZAL təyyarəsinə görə onu qaralayan azərbaycanlıları HƏDƏLƏDİ — VİDEO

DÜNYA 29 dekabr 2024, 14:27
Kadırov onu Qazaxıstanda qəzaya uğrayan Azərbaycan təyyarəsini Çeçenistan üzərində uçarkən vurmaqda ittiham edənləri hədələyib. 

Bu ittihamları onun Telegram kanalına yazanların əksəriyyəti azərbaycanlılardır.

O, bu barədə özünün telegram kanalında canlı yayın açaraq, hiddət dolu çıxış edib.

Çıxışında onu qınayanları ağır şəkildə təhdid edib.

“Əgər məni haqsız yerə ittiham etsəniz və ya təhqir etsəniz, şərəf və ləyaqətimə toxunmağa cəhd etsəniz, özümü qorumaq üçün qanuna arxalanmayacağam. Ailəmi, xalqımı və namusumuzu qorumaq üçün hər vasitədən istifadə edəcəyəm. Xalqıma, ailəmə və ya özümə hörmətsizlik edənlərə müvafiq cavab veriləcək. Bunu sizə söz verirəm”. - , deyə Kadırov bildirib. (musavat.com)


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 yanvar 2025, 09:45
Top