Təyyarədən sağ çıxanların son durumu AÇIQLANDI

SOSİAL 27 dekabr 2024, 09:16
Qazaxıstanın Aktau şəhərində Azərbaycan təyyarəsinin qəzaya uğraması nəticəsində yaralanan sərnişinlər ötən gün Bakıya gətirilib. Yaralı şəxslər "Yeni Klinika"ya yerləşdiriliblər.

Modern.az yaralıların vəziyyətini öyrənmək üçün "Yeni Klinika" ilə əlaqə saxlayıb.

Qurumun mətbuat katibi Nuridə Allahyarova bildirib ki, klinikaya ümumilikdə 14 nəfər daxil olub:

“Onlardan biri müalicəsini reanimasiya şəraitində davam etdirir. Vəziyyəti stabil-ağır olaraq dəyərləndirilir. Digər 13 nəfərin vəziyyəti orta ağır və kafi olaraq dəyərləndirilir”.

Bildirilib ki, digər 13 nəfər müalicələrini stasionar yəni palata şəraitində davam etdirir.

Qeyd edək ki, dekabrın 26-da “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus Qroznıya gedən “Embraer 190” təyyarəsi Aktau şəhərinə qəza enişi edib. Mətbuatda təyyarənin Qroznı şəhəri üzərində Rusiya ordusuna məxsus hava hücumundan müdafiə sistemləri ilə vurulması barədə xəbərlər yayılıb.

Azərbaycanın rəsmi qurumlarının məlumatına görə, təyyarədə 5 ekipaj üzvü də daxil 67 nəfər olub. Onlardan 37-ci Azərbaycan vətəndaşı olub. Səhiyyə Nazirliyi Azərbaycan vətəndaşlarından 25-nin həlak olduğuna dair siyahı yayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top