Balakənə gedən qatarlarda ödənişsiz “Wi-Fi” olacaq — RƏSMİ

SOSİAL 27 dekabr 2024, 15:47
Xəbər verdiyimiz kimi "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Bakı-Balakən-Bakı marşrutunun bərpası ilə gecə səfərlərinə start verir.

Beləki, yanvarın 3-də saat 23:50-də ilk qatar Bakıdan yola düşəcək. 

“Azərbaycan Dəmir Yolları" QSC-dən Bizim.Media-ya bildirilib ki, sərnişinlərin rahatlığı üçün bütün hallar nəzərə alınıb:

“Qatarlarda“W-Fi” xidməti aktiv ediləcək. Bu, sərnişinlərə mobil cihazları vasitəsilə yazışmalar və onlayn axtarış kimi imkanlar verəcək.

Bundan əlavə. bütün stansiyalarda, o cümlədən- Şəki, Qax Zaqatala, Balakəndə avtomobilləri saxlamaq üçün yerlər mövcuddur.

Yataq tipli qatarlardakı vaqonlar 3 sinfə bölünür: Standart, standart+ və biznes. Hər sinfə uyğun sərnişinlərə ödənişsiz xidmətlər göstəriləcək”.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top