Təyyarə qəzasında həlak olanlar İcəri şəhər “Cümə məscidi”ndə anıldı — FOTO

GÜNDƏM 26 dekabr 2024, 13:00
Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar qəza nəticəsində həlak olanların xatirəsi bu gün Azərbaycanın bütün məscidlərində, o cümlədən İçərişəhər “Cümə məscidi”ndə də anılıb. 

Demokrat.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının üzvü, İçəri şəhər “Cümə məscidi” dini icmasının sədri hacı Surxay Məmmədli bildirib ki, “Qazaxıstanın Aktau şəhərində “Azərbaycan Hava Yollarına” məxsus təyyarənin qəzaya uğraması nəticəsində insanların faciəli şəkildə həlak olması xəbəri bizi dərindən sarsıdıb. İçərişəhər “Cümə” məscidi dini icması olaraq QMİ-i sədrinin göstərişinə əsasən İçərişəhər “Cümə” məscidində təyyarə qəzasında həlak olanların ruhlarına Qurani Kərimdən ayələr tilavət edildi, onların ruhlarına dualar oxundu. Dini icma olaraq bir daha xalqımıza dərin hüznlə baş sağlığı verir, qəzada yaralananlara Uca Allahdan şəfa diləyirik. 

Uca Allah xalqımızı bütün bəlalardan qorusun!”


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 dekabr 2024, 21:46
Top