Kürdə məktəbli batıb: "Çantasını çayın kənarından tapıblar" (VİDEO)

HADİSƏ 24 dekabr 2024, 23:30
Zərdabda 13 yaşlı yeniyetmə qız Kür çayında batıb.

Hadisə dekabrın 24-də, səhər saatlarında Kür çayının rayonun Əlvənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 8-ci sinif şagirdi olan Saray Sərvan qızı Kərimli səhər-səhər məktəbə getmək adı ilə evdən çıxıb, sonradan isə onun Kür çayında batdığı bildirilib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Regional dalğıc-axtarış qrupunun əməkdaşları cəlb olunublar və hazırda yeniyetmənin tapılması istiqamətində zəruri işlər həyata keçirilir.

"Dərs adı ilə evdən çıxıb, məktəbə çatmayıb. Sonradan müəllimləri məlumat alıblar. Çantasını Kürün qırağından tapıblar", - yeniyetmənin əmisi Zamin Kərimov Baku TV-yə danışarkən bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 dekabr 2024, 12:05
Top