Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Saray qəsəbəsi, M.Müşfiq küçəsində vətəndaşa məxsus məxsus "TOYOTA" markalı minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.
Demokrat.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Yanğının bilavasitə yaxınlıqda yerləşən obyektə və kommunikasiya xəttlərinə keçməsinin qarşısı alınıb.
***
Saray qəsəbəsində taksi fəaliyyəti göstərən şəxslərdən birinin avtomobili səhər saatlarında alışaraq yanıb.
Bu barədə görüntülər BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
"Toyota" markalı avtomobilin hansı səbəbdən yandığı məlum deyil.(baku.ws)