"Arsenal" tarixi rekorda imza atdı

İDMAN 22 dekabr 2024, 08:41
Londonun "Arsenal" klubu Premyer Liqanın 17-ci turunun matçında səfərdə "Kristal Pelas"ı 5:1 hesabı ilə məğlub edib.

Demokrat.az championat.com-a istinadən xəbər verir ki, səfər matçı topçuların 2024-cü ildəki bütün yarışlarda beş və ya daha çox qol vurduğu altıncı oyun olub.

Bu, İngiltərə elit divizionu klubları arasında bir təqvim ili ərzində tarixin ən yaxşı nəticəsidir.

Qeyd edək ki, "topçular" noyabrın 6-da Çempionlar Liqası matçında səfərdə "İnter"ə 0:1 hesabı ilə uduzduqları vaxtdan indiyədək məğlub olmayıblar.

Növbəti matçda Mikel Artetanın komandası dekabrın 27-də doğma meydanda "İpsviç"i qəbul edəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 dekabr 2024, 12:19
Top