Meksikalı DJ Üzeyir Hacıbəylinin bu şah əsərini səsləndirdi — VİDEO

ŞOU-BİZNES 17 dekabr 2024, 15:38
Meksikalı DJ və produser Aaron Sevilla dahi Üzeyir Hacıbəylinun şah əsərlərindən birini səsləndirib.

Demokrat.az BAKU.WS-ə istinadən xəbər verir ki, o səhnə aldığı məkanlardan birində "Koroğlu" operasından olan uvertüraya müraciət edib.

Məşhur DJ-in bu performansı bir çox onlayn platformalarda yayılaraq müzakirələrə səbəb olub.

Mahnı xüsusilə Azərbaycan seqmentində rəğbətlə qarşılanaraq çox bəyənilib.

Xatırladaq ki, Aaron Sevilla karyerasında əsasən latın və afro mahnılardan təsirlənib.

2021-ci ildən etibarən Aaronun sintez etdiyi mahnılar musiqi pleylistləridnə ilk yerlərdə qərarlaşıb.

DJ yaradıcılığında müxtəlif xalqların mahnılarının sintezinə də rast gəlmək mümkündür.

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top