Gəncədə partlayış oldu, ölən var

HADİSƏ 17 dekabr 2024, 14:07
Gəncədə sursat partlayıb, ölən var.

Hadisə şəhər ərazisində yerləşən fərdi yaşayış evində qeydə alınıb.

1974-cü il təvəllüdlü A.Tağıyevin yaşadığı evdə minaatan mərmisi ilə ehtiyatsız davranması nəticəsində partlayış olub. Nəticədə 50 yaşlı kişi aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Məlumata görə, A.Tağıyev mərmini örüş sahəsində qoyun otaran zaman tapıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. ( APA )

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top