Hadisə

Bakıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var

Bakıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var

Bakının Xətai rayonunda 15 yaşlı yeniyetmə yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

Demokrat.az "Report"a istinadən xəbər verir ki, 2009-cu il təvəllüdlü Nəzərli Fidan Zaur qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

NE
Nihadə Eyyubova