“Edilənlərin çəkilib trend olmasını doğru hal saymıram” — Ekspert

GÜNDƏM 13 dekabr 2024, 19:23
“İstənilən halda müəllim şəxsiyyət olaraq cəmiyyətin aparıcı qüvvələrindən biridir. Müəllim nəinki işdə olduğu müddətdə, işdən kənarda da müəllim statusunu qorumağa borcludur. Mənim bu mövzuya münasibətim birtərəflidir”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib:

“Təhsil müəssisələrində müəllimləri əsəbləşdirən, özündən çıxaran, neqativ hallarla qarşılaşmağa öyrəşmişik. Bunlar böyük qınaq obyektinə çevrilir”. 

O bildirib ki, indi isə deyirik ki, şokolad vermək adi haldır: 

“Bu trenddə qeyri-adi bir şey yoxdur. Ancaq müəllim bilməlidir ki, tədris prosesində öz əmək funksiyasını yerinə yetirməlidir. Edilənlərin çəkilib trend olmasını doğru hal saymıram. Qınaq obyektinə çevirməyi də düzgün hesab etmirəm. Məktəb rəhbərliyi müəllimləri məlumatlandırmalıdır ki, belə şeylər ictimailəşdirilməsin. Bunu cəzalandırmaq və ya etik davranış qaydasının pozuntusu kimi qəbul etmirəm. Müəllim cəmiyyətdə əsas simadır. Bu kimi hallar birmənalı qarşılanmırsa, etməyə ehtiyac yoxdur”. 

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top