Bayden Trampın "mirasını" satır: Sərhəd divarının hissələri hərraca çıxarılacaq

DÜNYA 13 dekabr 2024, 10:54
ABŞ Prezidenti Co Baydenin gedən administrasiyası bir neçə il əvvəl ilk prezidentlik müddətində hazırda seçilmiş prezident Donald Trampın tikməyə başladığı Birləşmiş Ştatların cənub sərhədindəki divarın istifadə olunmamış hissələrini satmağı planlaşdırır.

Oxu.Az bu barədə "The Daily Wire" portalına istinadən xəbər verir.

"Onların məqsədi Milada qədər hər şeyi sərhəddən çıxarmaqdır", - ABŞ Gömrük və Sərhəd Mühafizəsi Xidmətinin adı açıqlanmayan əməkdaşı nəşrə bildirib.

Materialda qeyd olunur ki, hələ istifadə edilməmiş divar hissələri, adətən, dövlət layihələrinin artıq qalıqlarının satıldığı "GovPlanet" hərracına göndərilir. ABŞ-nin hazırkı hakimiyyətinin bu addımı Trampın yeni administrasiyasının miqrasiya ilə mübarizə tədbirlərini həyata keçirməsinə mane olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 dekabr 2024, 14:14
13 dekabr 2024, 13:36
Top