Dəməşq və Hələb aeroportları yenidən işləyir

DÜNYA 13 dekabr 2024, 11:03
Dekabrın 8-dən etibarən bağlı olan Suriyanın Dəməşq və Hələb şəhərlərinin hava limanları təyyarələrin qəbulu və yola salınması üçün fəaliyyətini bərpa edib.

Demokrat.az xəbər verir ki, onlar hələlik yalnız xüsusi icazələrlə işləyir.

Bu barədə aviadispetçerlər tərəfindən yayılan xüsusi NOTAM mesajlarında deyilir:

“Mülki aviasiya nəzarəti orqanının xüsusi icazəsi ilə həyata keçirilən uçuşlar istisna olmaqla, hava limanına/hava limanından bütün uçuşlar dayandırılıb”.

Məhdudiyyət müddəti dekabrın 12-si saat 20:00-dan dekabrın 18-i UTC saat 15:00-a kimi müəyyən edilib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 dekabr 2024, 14:14
13 dekabr 2024, 13:36
Top