Suriyaya 60 ildən artıq rəhbərlik etmiş Ərəb Sosialist Dirçəliş Partiyası (“Bəəs”) silahlı müxalifətin nəzarətinə keçən respublikada fəaliyyətini dayandırdığını elan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bəəs” mərkəzi rəhbərliyinin partiyanın rəsmi qəzetində dərc olunan qərarında bildirilir.
“Partiyanın işi və fəaliyyəti bütün formalarda və aspektlərdə növbəti xəbərdarlığa qədər dayandırılsın”, - qərarda qeyd olunur.
Qərarı partiyanın baş katibinin müavini İbrahim əl-Hədid imzalayıb.
Bundan əlavə, partiya öz silahlarını, eləcə də texnika və nəqliyyat vasitələrini Suriyanın müvəqqəti hökumətinin Daxili İşlər Nazirliyinə təhvil verməyi öhdəsinə götürüb.
Digər əmlak və pul vəsaitlərinə nəzarət isə Maliyyə Nazirliyi və Ədliyyə Nazirliyi tərəfindən həyata keçiriləcək.
Qərarda partiya aparatının ləğvi də nəzərdə tutulur.
“Bəəs” partiyasının qurduğu Əl-Şam Universiteti isə Ali Təhsil Nazirliyinin nəzarətinə keçəcək.