“Jibek Joly” turist qatarı Qazaxıstanla Özbəkistanı birləşdirəcək

REGİON 11 dekabr 2024, 18:17
Qazaxıstanda 2025-ci il yanvarın 2-dən 7-dək Qazaxıstan və Özbəkistanın əsas mədəni və mənəvi mərkəzləri: Almatı - Türküstan - Daşkənd - Səmərqənd - Almatı şəhərlərini birləşdirəcək “Jibek Joly” adlı unikal turizm qatarı işə salınır.

Demokrat.az Qazaxıstan Respublikasının Turizm və İdman Nazirliyinin Turizm Sənayesi Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, beşgünlük səyahət turistlərə qədim şəhərlərin atmosferinə qərq olmaq, bölgənin mənəvi irsi ilə tanış olmaq və Böyük İpək Yolunun məşhur görməli yerlərini araşdırmaq imkanı verəcək.

Səyahətçilərin maksimum rahatlığı üçün müasir komfort vaqonlar, sağlam qidalanma, peşəkar bələdçi xidmətləri və rəngarəng ekskursiya proqramı nəzərdə tutulub.

Marşruta Türküstanda Xoca Əhməd Yəsəvinin məqbərəsi, Arıstan Baba məqbərəsi, “Aziret Sultan” tarix-mədəniyyət qoruq-muzeyi, Daşkənddəki Həzrəti İmam kompleksi və Səmərqənddəki Registan meydanının ziyarət edilməsi daxildir.

Xatırladaq ki, 2024-cü ilin noyabrında “Sərnişindaşımaları” ASC pilot layihəsi çərçivəsində Almatı – Türküstan – Daşkənd – Almatı marşrutu üzrə “Jibek Joly” turist qatarını yola salmışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 dekabr 2024, 23:42
Top