Azərbaycanda iki generalın atası vəfat etdi

HADİSƏ 10 dekabr 2024, 08:53
Dövlət Gömrük Komitəsi (DGK) sədrinin sabiq müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayevə və Fövqəladə Hallar Nazirliyinin (FHN) Baş Əməliyyat İdarəsinin rəisi, general-mayor Qüdrət Abdullayevə ağır itki üz verib.

Demokrat.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki,  onların atası Həsən Abdullayev vəfat edib.

H.Abdullayevin uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdiyi bildirilir.

Allah rəhmət eləsin!

Xatırladaq ki, Ə.Abdullayev 1996–2006-cı illərdə DGK-də idarə rəisi və Baş Gömrük İdarəsinin rəisi, 2006-2022-ci illərdə isə DGK sədrinin müavini vəzifələrində işləyib. Q.Abdullayev də daha əvvəl DGK-də Gömrük Mühafizə Xidmətinin rəisi vəzifəsində çalışıb. O, hazırda FHN-in Baş Əməliyyat İdarəsinin rəisi vəzifəsində çalışır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 aprel 2025, 21:50
Top