Rusiyada vulkan püskürdü

DÜNYA 09 dekabr 2024, 08:28
Rusiyanın Saxalin vilayətində vulkan püskürməsi qeydə alınıb

Demokrat.az AZƏRTAC-a  istinadən xəbər verir ki, Böyük Kuril silsiləsindəki Ebeko vulkanının püskürməsi nəticəsində kül buludu 1,5 kilometr yüksəkliyə qalxıb.

Kül kütləsi 5 kilometr radiusda yayılıb. Vulkanın püskürdüyü ərazidə turistlər olmayıb. Yaxınlıqda təyyarə marşrutları yoxdur. Bununla belə, vulkanın təkrar püskürmə ehtimalı nəzərə alınaraq aviaşirkətlərə xəbərdarlıq edilib.

Dövlət qurumlarına dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 aprel 2025, 21:50
Top